"Qalatasaray" "Bolonya"ya elçi düşüb

Yeni mövsümə hazırlaşan "Qalatasaray" heyəti gücləndirmək istiqamətində işləri davam etdirir.

Sportline.az xəbər verir ki, istanbulluların yeni hədəflərindən biri Con Lukumidir.

"Qalatasaray" bununla bağlı "Bolonya" klubu ilə danışıq aparır.

"Takvim"də yayılan xəbərə görə, italiyalılar 27 yaşlı kolumbiyalı müdafiəçi üçün 27 milyon avro tələb edirlər.

Türkiyə nəhəngi isə bu məbləği 15 milyon avroya endirməkdə israrlıdır.

Qeyd edək ki ötən mövsüm 44 oyuna çıxan Lukumi 1 qol, 1 məhsuldar ötürmə müəllifidir.