"Qalatasaray" braziliyalı oyunçu ilə anlaşıb

"Qalatasaray" voleybol komandası braziliyalı oyunçu Viktor Kardosonu heyətinə qatıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, 25 yaşlı voleybolçu ilə 2 illik müqavilə imzalanıb.

Kardoso daha əvvəl karyerasında "San-Paulo" və "Volley Kallipo" klubunun şərəfini qoruyub.

Qeyd edək ki, təcrübəli oyunçu 2018-ci ildən Braziliya milli komandasının üzvüdür.