"Qalatasaray" daha bir ulduzla anlaşdı
"Qalatasaray" Leroy Sanenin ardınca daha bir ulduz futbolçu ilə anlaşıb.
Sportline.az xəbər verir ki, söhbət Lukas Perridən gedir.
Mövsümün sonunda komandadan ayrılan Fernando Musleranı o əvəz edəcək.
"beIN SPORTS"un yaydığı xəbərə görə, məsələni həll olunmuş saymaq olar.
İstanbulluların "Lion"un 27 yaşlı braziliyalı qapıçısı üçün 10 milyon avro ödəyəcəyi bildirilir.