"Qalatasaray" daha bir ulduzun ovuna çıxıb

"Tottenhem"in brazilyalı forvardı Rişarlison "Qalatasaray"a transfer olmaq üçün Türkiyəyə gələcək.

Sportline.az xəbər verir ki, bu haqda "Sun Sport" nəşri məlumat yayıb.

28 yaşlı futbolçunun dəyəri "Transfermarkt" portalına görə, 20 milyon avrodur.

Qeyd edək ki, Rişarlison bu mövsüm çıxış etdiyi 24 matçda 5 qol 2 məhsuldar ötürmə müəllifi olub.

Onun "Tottenhem"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Xatırladaq ki, Rişarlison "mahmızılar"a 2022-ci ilin yayında "Everton"dan 58 milyon avro qarşılığında transfer olunmuşdu.

Təcrübəli futbolçu "Tottenhem"lə ötən mövsüm Avropa Liqasının qalibi olub.