"Qalatasaray" "Dortmund"un futbolçusunu istəyir

“Qalatasaray”dan yeni transfer həmləsi

Sportline.az xəbər verir ki, Türkiyədə transfer pəncərəsinin bağlanmasına bir neçə dəqiqə qalmış, “Qalatasaray” təcrübəli müdafiəçi Rami Bensebainini heyətinə qatmaq üçün cəhdi edib.

Klub artıq konkret danışıqlara başlayıb və oyunçunu heyətinə qatmaqda maraqlıdır.

İnsayder Nikolo Şiranın məlumatına görə, Əlcəzair millisinin üzvü “Qalatasaray”ın transfer siyahısında ilk sıradadır. Bensebaini 2023-cü ilin yayında “Borussiya”dan “Borussiya Dortmund”a keçib və müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.