"Qalatasaray" fanatları da "Qarabağ" azarkeşlərinə dəstək oldu
UEFA Çempionlar Liqasının 3-cü turu çərçivəsində "Atletiko"ya qarşı görüşdən sonra "Sabah" qəzetinin nümayəndəsi tərəfindən məsxərəyə qoyulan "Qarabağ" azarkeşlərinə dəstək davam edir. SportLine.az xəbər verir ki, "Kayserispor", "Trabzonspor", "Bursaspor" kimi komandaların ardınca, "Qalatasaray" fanatları da dərc olunan yazıya etirazlarını bildiriblər. Onlar "Fənərbağça" ilə oyuna "Qarabağ" yazılmış A4 vərəqləri ilə gəliblər.