"Qalatasaray" hücumçusu ilə vidalaşdı

“Qalatasaray” hücumçusu Mbaye Dianla müqaviləyə xitam verib.

Sportline.az "ntvspor"a istinadən xəbər verir ki, İstanbul klubu bununla bağlı Türkiyə Futbol Federasiyasına müraciət edib.

Bir müddətdir zədəli olan seneqalla forvardın mövsümün sonuna qədər oynamayacağı dəqiq idi. İstanbul klubu bu səbəbdən futbolçunun razılığı əsasında onunla müqaviləni ləğv edib.

Qeyd edək ki, Mbaye Dian 2019-cu ildən “Qalatasaray”da çıxış edirdi.