"Qalatasaray" onlarla vidalaşır
Qış fasiləsində "Qalatasaray"ın heyətində bir sıra dəyişikliklər gözlənilir.
Sportline.az "Fotomaç"a istinadən xəbər verir ki, heyətində 14 əcnəbi futbolçusu olan İstanbul təmsilçisi ilin sonunda müqaviləsi bitəcək Rayan Babel və Sofian Fequli ilə vidalaşacaq.
"Sarı-qırmızılar" boş qalmış iki yeri yerli futbolçularla doldurmağı planlaşdırır.
Xatırladaq ki, aktivində 23 xalı olan "Qalatasaray" 9-cu pillədə qərarlaşıb.