"Qalatasaray" Osimhen üçün kisənin ağızını açdı

“Qalatasaray” “Napoli”nin hücumçusu Viktor Osimhen üçün təklifini 75 milyon avroya qaldırıb.

Sportline.az xəbər verir ki, İstanbul klubu bu məbləği hissə-hissə ödəmək niyyətindədir.

Bu haqda insayder Fabritsio Romano öz "X" hesabında paylaşım edib.

26 yaşlı nigeriyalı hücumçu bu mövsüm “Qalatasaray”da icarə əsasında çıxış edərək 41 oyunda 37 qol vurub və 8 assist edib.

O, şəxsi şərtləri qəbul edib və müqavilə 2028-ci ilin iyununa qədər nəzərdə tutulub.

Osimhen "Yuventus" və "Əl-Hilal"ın təkliflərini rədd edib.

Qeyd edək ki, son qərarını "Napoli" klubu verəcək.