"Qalatasaray" prezidentindən Balotelli açıqlaması
Son günlər "Qalatasaray"ın Mario Balotelli ilə maraqlandığı haqda məlumatlar dolaşır. Sportline.az xəbər verir ki, klub prezidenti Dursun Özbək bu məsələyə münasibət bildirib. Onun sözlərinə görə, "Qalatasaray" Balotellinin xidmətində maraqlı deyil. Bu xəbərin dezinformasiya olduğunu deyən Özbək əvvəllər İbrahimoviçlə bağlı da anoloji məlumatların yayıldığını xatırladıb.