“Qalatasaray” - “Trabzonspor” oyunu qolsuz heç-heçə ilə başa çatdı
“Qalatasaray”ın “Trabzonspor”a qarşı qələbə seriyası sona çatdı.
Sportline.az xəbər verir ki, Süper Liqanın 11-ci turunda “Qalatasaray” RAMS Parkda “Trabzonspor” ilə 0:0 hesablı heç-heçə edib.
Sarı-qırmızılılar son dəfə “Trabzonspor”u 23 yanvar 2022-ci ildə İstanbulda 2:1 hesabı ilə məğlub etmişdi. O vaxtdan sonra “Qalatasaray” 5-i Süper Liqa, 1-i isə Ziraat Türkiyə Kuboku olmaqla, rəqibinə qarşı ardıcıl 6 qələbə qazanmışdı.
Bu heç-heçə ilə “Qalatasaray”ın “Trabzonspor” üzərindəki qələbə seriyası rəsmi olaraq sona çatıb.