"Qalatasaray" türk futbolçu üçün "Ayaks"a elçi düşüb

"Qalatasaray" heyəti gücləndirmək istiqamətində işləri davam etdirir.

Sportline.az xəbər verir ki, İstanbul klubunin transfer siyahısında yer alan futbolçulardan biri də Ahmetcan Kaplandır.

"Cim-Bom" bununla bağlı "Ayaks"la danışıqlar aparır.

Tərəflər qiymət məsələsində anlaşmaqda çətinlik çəkirlər.

Niderlandlılar 22 yaşlı müdafiəçi üçün 6,5 milyon avro tələb etdiyi halda, istanbullular bu məbləği 4,5 milyon avroya endirmək istəyirlər.

Qeyd edək ki, Ahmetcan Kaplan 2022-ci ildə 9,5 milyon avro müqabilində "Trabzonspor"dan "Ayaks"a transfer olunmuşdu.