"Qalatasaray"da yeni futbolçular

"Qalatasaray" klubu heyətə yeni futbolçular cəlb edib.

Sportline.az xəbər verir ki, İstanbul təmsilçisi İtaliyanın "Udineze" klubunun sağ cinah müdafiəçisi Yens Larsenlə 3+1 illik anlaşıb.

"Sarı-qırmızılar" bu keçid üçün 3,2 milyon avro təzminat ödəməyi qəbul edib. 30 yaşlı futbolçunun illik maaşı 1,6 milyon avro olacaq.

"Qalatasaray" "Alanyaspor"un yarımmüdafiəçisi Berkan Kutlunun keçidini 3 milyon avroya həll edib.

23 yaşlı futbolçunun növbəti satışından alanyalılara 20 faiz pay ödəniləcək.