"Qalatasaray"dan "Kasımpaşa"ya

Türkiyənin "Qalatasaray" klubundan ayrılan futbolçu Rayan Donkun yeni klubu bəlli olub.

Sportline.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi "Kasımpaşa" ilə anlaşıb.

İstanbul təmsilçisi niderlandlı oyunçu ilə 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Rayan Donk 2016-cı ildən "Qalatasaray"da çıxış edib. O, 2013 - 2016-cı illərdə də "Kasımpaşa"nın formasını geyinib.