"Qalatasaray"dan rəsmi transfer
"Qalatasaray" heyətinə yeni futbolçu qatıb.
Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. İstanbul təmsilçisi "Styaua"dan (Rumınya) Olimpiu Vasile Morutanı alıb. 22 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalandığı bildirilib.
Qeyd edək ki, Morutan 2018-ci ildən FCSB-də çıxış edirdi.