"Qalatasaray"ın ağır məğlubiyyəti

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ən məhsuldar oyunu Niderlandda olub.

Sportline.az xəbər verir ki, Eyndhovendə "Qalatasaray"ı qəbul edən PSV istanbulluları əliboş yola salıb. Qələbənin təməlini Eran Zahavi qoyub. 3-cü dəqiqədə hesabı açan forvard fasiləyədək komandasının üstünlüyünü artırıb. "Qalatasaray" 42-ci dəqiqədə fərqi azaltsa da, Emre Kılıncın vurduğu qol təsəllidən başqa bir işə yaramayıb. Əvəzində meydan sahibləri fasilədən sonra rəqibi qol yağışında isladıblar. Əvvəlcə Mario Götze alqışları qəbul edib. 84-cü dəqiqədə Eran Zahavi het-trikini rəsmiləşdirib. Görüşdə son nöqtəni isə Mario Götze qoyub. 5-1 PSV inamlı qələbə çalıb.