"Qalatasaray"ın əsas hədəfi odur

"Napoli"nin sol cinah vingeri Noa Lanq "Qalatasaray"ın əsas transfer hədəfinə çevrilib.

Sportline.az jurnalist Matteo Morettonun məlumatına istinadən xəbər verir ki, İstanbul klubu 26 yaşlı futbolçunu icarə əsasında heyətinə qatmağı düşünür.

Niderland millisinin üzvü bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 26 matçda 1 qol, 2 asistlə yadda qalıb.

Qeyd edək ki, Noa Lanqın transfer qiyməti 30 milyon avrodur.