"Qalatasaray"ın yeni hədəfi
"Qalatasaray" heyəti gücləndirmək istiqamətində fəaliyyəti davam etdirir.
Sportline.az xəbər verir ki, Leroy Sane və Osimhenin transferi ilə kifayətlənməyən İstanbul nəhəngi, daha bir ulduz futbolçunu rnglərinə bağlamaq niyyətindədir.
Söhbət "Mançester Siti"nin müdafiəçisi Manuel Akanjidən gedir.
Baş məşqçi Okan Burukun 30 yaşlı futbolçunun xidmətində maraqlı olduğu bildirilir.
Qeyd edək ki, mançesterlilərlə 2027-ci ilin iyununadək müqaviləsi olan Akanjinin transfer dəyəri 28 milyon avrodur.