Qapıçı ölümdən döndü. Hakim oyunu yarımçıq saxladı
Ukrayna çempionatının 32-ci turunun "Dnepr" - "Volın" matçı yarımçıq dayandırılıb. Sportline.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, buna yerli azarkeşlərin intizamsız davranışı səbəb olub. Oyunun əvvəlindən meydana kənar əşyalar atan fanatları, "Dnepr"in hesabı açması da sakitləşdirməyib. Hakimin səbrini isə, 2-ci hissənin əvvəlində qonaq qapıçının düz ayaqları altında partladılan pirotexniki vasitə daşıırıb. Dərhal oyunu dayandıran referi futbolçuları meydandan çıxarıb. Çox güman ki, bu qarşılaşma "Dnepr" komandası üçün sonuncu oyun kimi xatırlanacaq. Zəngin tarixə malik klubun yaxın günlərdə fəaliyyətini dayandıracağı gözlənilir. Görünür, azarkeşlərin aqressivliyi də, məhs bu amildən qaynaqlanır.