"Qarabağ" 2-ci oldu

"Qarabağ"ın U-11 komandası Gürcüstanın Tbilisi şəhərində Nodar Axalkatsinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə qrupda son oyununu keçirib.

SportLine.az-ın xəbərinə görə,  Ağdam təmsilçisi Gürcüstanın "Champion" klubuyla 0:0 hesablı heç-heçə edib.

Bu nəticə ilə qrup mərhələsini 7 xalla ikinci pillədə tamamlayan "Qarabağ" yalnız top fərqində liderdən geri qalıb.

Banner