"Qarabağ" 4 cavabsız qolla qalib gəldi

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün daha bir yoxlama oyununda qüvvəsini sınayıb. SportLine.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələrinin bi dəfəki rəqib Macarıstanın "Diosqior" klubu olub. "Köhlən atlar"ın tam üstünlüyü ilə keçən qarşılaşma təmsilçimizin böyük hesablı qələbəsi ilə yekunlaşıb.

Yüksək liqada müqabirə aparan “Diasqyor” hazırda 20 xalla 12 komanda arasında 9-cu pillədə qərarlaşıb. 

Qeyd edək ki, “Qarabağ” ilk yoxlama oyununda  Almaniyanın regional liqa təmsilçisi "Rot-Vays" klubuna 1:0 hesabı ilə qalib gəlib.

“Qarabağ” -  "Diosqyor" - 4:0
Qollar: 
Maksim Medvedyev, 29,  Muarem Muarem, 51, Rahid Əmirquliyev, 58, Mahir Mədətov,73

Banner