"Qarabağ" - "Arsenal" görüşünün vaxtı açıqlandı

“Qarabağ”ın Avstriyada Rusiyanın “Arsenal” (Tula) komandası ilə keçirəcəyi yoxlama matçının başlama saatı açıqlanıb.

Sportline.az xəbər verir ki, iyulun 11-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

Bu barədə Ağdam klubunun rəsmi saytı məlumat yayıb. 

Qeyd edək ki, "köhlən atlar" Avstriyadakı ilk sınaq matçında Bolqarıstanın ÇSKA (Sofiya) kollektivini 1:0 hesabı ilə məğlub edib. Qurban Qurbanovun çalışdırdığı komanda son oyununda Almaniya "Auqsburq"u ilə üz-üzə gələcək. Bu görüş iyulun 15-də olacaq.