"Qarabağ" "Arsenal"a qarşı
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün növbəti yoxlama oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, Qurban Qurbanovun komandası Rusiyanın “Arsenal” klubu ilə qarşılaşacaq. Tula təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
11 iyul
Yoxlama oyunu
19:00 "Qarabağ" – "Arsenal" (Tula, Rusiya)
Qeyd edək ki, Ağdam təmsilçisi Avstriyadakı ilk yoxlama matçında Bolqarıstanın SSKA (Sofiya) komandasını məğlub edib – 1:0. Komanda iyulun 15-də keçirəcəyi son yoxlama matçında isə "Auqsburq"la (Almaniya) üz-üzə gələcək.