"Qarabağ" - "Atletiko" oyunu üçün ictimai dayanacaq

"Qarabağ” klubu azarkeşlərin Çempionlar Liqasının qrup mərhələsinin III turunda İspaniya təmsilçisi "Atletiko” oyuna rahat gedib-gəlmələri üçün tədbir görəcək.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 18-i Bakı Olimpiya Stadionunda baş tutacaq oyun üçün ictimai dayanacaq k azarkeşlərin xidmətində olacaq.

Tərəfdarlar avtodayanacaqdan qarşılaşmanın başlamasından 3 saat əvvəl - saat 17:00-dan etibarən istifadə edə bilər.

Qeyd edək ki, "Qarabağ” - "Atletiko” matçına bilet satışa davam edir. Azarkeşlər oktyabrın 17-dən etibarən biletləri Bakı Olimpiya Stadionun qarşısında yerləşdirilən satış məntəqələrindən də əldə edə bilərlər.