"Qarabağ" "Auqsburq"la oyunda qələbəni əldən verdi

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün yoxlama oyununa çıxıb.

Sportline.az xəbər verir ki, Ağdam klubu “Auqsburq”la qarşılaşıb. 

Dörd qolun qeydə alındığı oyunda hesabı Patrik Andrade açıb. Ardınca Xayme Romero Ağdam təmsilçisinin ikinci qoluna imza atıb. 37-ci dəqiqədə penalti qazanan Almaniya klubu fərqi azaldıb. Fasilə ərəfəsində isə Bundesliqa təmsilçisi daha bir qol vurmaqla matçda yekun nəticəni müəyyənləşdirib.

“Qarabağ” bundan öncə Avstriyada daha iki yoxlama oyunu keçirib. “Köhlən atlılar” Bolqarıstanın ÇSKA (Sofiya) komandasını məğlub edib (1:0), Rusiya “Arsenal”ına isə uduzub (0:1).

Yoxlama oyunu
15 iyul

Qarabağ – Auqsburq (Almaniya) 2:2