"Qarabağ" Avstriya toplanışına başladı

 "Qarabağ" komandası bu gündən etibarən Avstriyada təlim-məşq toplanışına başlayıb. Sportline.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin bu gün üçün iki məşqi nəzərdə tutulub. Qurban Qurbanovun yetirmələri Bakı vaxtı ilə 13:00-da ilk məşqə çıxıblar. İki qrup halında olan komanda fitnes zalında çalışıb. İlk hazırlıq hər qrup üçün 1 saat olmaqla 2 saat davam edib. ”Qarabağ”ın axşam məşqi isə Bakı vaxtı ilə 21:00-da başlanacaq.