"Qarabağ" Avstriyaya çatdı

Təlim-məşq toplanışının ikinci mərhələsini ölkə xaricində keçirəcək "Qarabağ" artıq Avstriyadadır. 

SportLine.az xəbər verir ki, bu barədə klubun rəsmi "Facebook" səhifəsi məlumat yayıb.

Komanda ötən illərdə olduğu kimi Almaniya – Avstriya sərhədində yerləşən Tirol şəhərinə yaxın Kössen qəsəbəsində məskunlaşacaq.

Qeyd edək ki, Çempionlar Liqasına hazırlaşan Ağdam klubu toplanış zamanı minimum 3 yoxlama görüşü keçirəcək.

Banner