"Qarabağ" Avstriyaya gedir

Növbəti mövsümün hazırlığını davam etdirən "Qarabağ" dünən təlim-məşq toplanışının ilkin mərhələsini başa vurub.

SportLine.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Bakı” ilə yoxlama matçından sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov futbolçulara 1 günlük istirahət verib.

Komanda sabah hazırlığın ikinci mərhələsi üçün Avstriyaya gedəcək.

Banner