"Qarabağ" - "Axmat" matçının vaxtı açıqlandı

Yeni mövsüm hazırlıqlarını Avstriyada davam etdirən “Qarabağ”ın ilk yoxlama oyunun vaxtı dəqiqləşib.

SportLine.az-ın klubun rəsmi feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi ilk sınağına iyunun 20-də çıxacaq.

Qurban Qurbanovun komandası Rusiyanın “Axmat” klubu ilə qarşılaşacaq. Kössen qəsəbəsində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Xatırladaq ki, Rusiya Premyer Liqasında çıxış edən “Terek” bir müddət öncə adını dəyişdirərək “Axmat” olub.  Komanda bu adla ilk oyununu Avstriyada toplanışda olan “Qəbələ”yə qarşı keçirib və 1:0 hesabı ilə qalib gəlib.

Banner