"Qarabağ" "Bakı"ya futbol dərsi keçdi
"Qarabağ" yoldaşlıq görüşü çərçivəsində "Bakı" ilə qarşılaşıb. SportLine.az xəbər verir ki, matç, gözlənildiyi kimi, Ağdam təmsilçisinin aşkar üstünlüyü şəraitində keçib. Bu, nəticədə də əksini tapıb - 9:0.
"Qarabağ"ın qollarını Dino Ndlovu, (5 qol), Mahir Mədətov, (2 qol), İbrahim Aslanlı, Nicat Süleymanov (hərəyə 1 qol) vurub.