"Qarabağ" beynəlxalq turnirdə iştirak edəcək

"Qarabağ"ın 11 yaşadək futbolçulardan ibarət komandası Gürcüstana yollanacaq.

SportLine.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komanda Tbilisidə təşkil edilən Nodar Axalkatsinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə iştirak edəcək.

Bu gün başlayan yarış iyunun 2-nə qədər davam edəcək. “Qarabağ” birinci qrupda Gürcüstanın "İveriya", "Olimpik" və "Champion" klubları ilə qarşılaşacaq.

Azərbaycan təmsilçisi ilk oyunu bu gün "İveriya"ya qarşı keçirəcək. Oyunlar Tbilisi "Dinamo"su akademiyasının meydançalarında keçiriləcək.

Banner