"Qarabağ" Juninyoya təklif göndərib
Portuqaliyanın "Şaveş" klubunun futbolçusu Juninyo Viyeyra karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportline.az "Report"a istinadən xəbər verir ki, "Qarabağ" braziliyalı hücumçunun xidmətində maraqlıdır.
Ağdam klubu 25 yaşlı forvardın keçidi ilə bağlı II liqa təmsilçisinə təklif göndərib. "Şaveş"in oyunçunu 1 milyon avro təzminat məbləği qarşılığında buraxa biləcəyi vurğulanıb.