"Qarabağ" bu gün iki yoxlama matçına çıxacaq
Antalyada təlim-məşqt toplanışında olan "Qarabağ" bu gün iki yoxlama oyunu keçirəcək.
Sportline.az xəbər verir ki, Azərbaycan çempionu saat 12:00-da Xorvatiyanın "Osiyek" komandası ilə qarşılaşacaq.
Saat 19:00-da isə Ağdam təmsilçisi Polşanın "Zaqlebye" klubu ilə də üz-üzə gələcək.
Qeyd edək ki, "Qarabağ" ilk yoxlama matçında Özbəkistan "Neftçi"sinə 5:0 hesabı ilə qalib gəlmişdi.