"Qarabağ" cavab oyununu bu arenada keçirəcək
Ölkə çempionu “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Samtredia” komandası ilə cavab matçını Tbilisidəki 55 min yerlik Boris Payçadze adına “Dinamo-Arena”sında keçirəcək. Sportline.az xəbər verir ki, ilk oyun iyulun 11-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda, cavab görüşü iyulun 18-də Gürcüstan paytaxtında olacaq.