"Qarabağ" - "Çelsi" görüşünə nə qədər bilet satılıb?
UEFA Çempionlar Liqasının qrup mərhələsinin "Qarabağ”-"Çelsi” matçına bilet satışı davam edir.
Sportline.az xəbər verir ki, artıq 45 mindən çox bilet sahibini tapıb. Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, "Qarabağ” – "Çelsi” oyunu noyabrın 22-də Bakı Olimpiya stadionunda keçiriləcək.
Bu oyunu canlı izləmək istəyənlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən əldə edə bilərlər:
"Gənclik mall” və "28 mall”
"Park Bulvar” (Qarabağ FK Fan-şop)
M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti
Heydər Əliyev Sarayının kassası
Asan Xidmət mərkəzləri
Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)