"Qarabağ" - "Çelsi" matçında anşlaq

Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun "Qarabağ" - "Çelsi" matçına bütün biletlət satılıb.

Sportline.az xəbər verir ki, ölkənin ən çox azarkeş tutumuna malik stadionunda anşlaqı artıq təmin olunmuş saymaq olar. 

Rəqib komandanı təxminən 1500 azarkeşin dəstəkləyəcəyi gözlənilir. .

Xatırladaq ki, noyabrın 22-də Bakı Olimpiya stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" görüşü saat 21:00-da başlayacaq.