"Qarabağ"da daha bir ayrılıq
"Qarabağ" heyətində daha bir dəyişiklik edib.
SportLine.az xəbər verir ki, 2015-ci ilin yayından Ağdam klubunun şərəfini qoruyan Elvin Məmmədovla qarşılıqlı razılaşma əsasında müqavilə ləğv olunub.
Artıq Elvinin yeni klubunun da adı müəyyənləşib. 27 yaşlı yarımmüdafiəçi “Zirə” ilə razılığa gəlib.
Xatırladaq ki, "Qarabağ" daha öncə Vladimir Dmitrovski, Raydel Pupon və Çumbinyo ilə yolları ayırıb.