"Qarabağ" daha bir transfer reallaşdırdı
"Qarabağ" klubu heyətə yeni futbolçu cəlb edib.
Sportline.az xəbər verir ki, Ağdam təmsilçisi son olaraq İspaniyanın "Kadis" klubunun formasını geyinmiş Qasper Panadero Zamora ilə anlaşıb.
24 yaşlı ispaniyalı vingerlə 3 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, "Kadis" ötən mövsümün sonunda La Liqaya vəsiqə qazanıb.