"Qarabağ" - "Göteborq" matçının biletləri satışda

Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” - “Göteborq” görüşünün biletləri satışa çıxarılıb. Apasport.az saytının məlumatına görə, azarkeşlər saat 11:00-dan etibarən bilet ala bilərlər.

Cavab matçını izləmək istəyənlər Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər. Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 manat arası dəyişir. VİP sektoruna giriş isə 30 manatdı.

1-5 və 24-28 nömrəli sektorlar - 1 manat

6-10 və 19-23 nömrəli sektorlar - 2 manat

11-18 nömrəli sektorlar – 5 manat

VİP - 30 manat

Qeyd edək ki, "Qarabağ" - "Göteborq" oyunu avqustun 25-də Respublika stadionunda keçiriləcək.