"Qarabağ" ilk transferini rəsmiləşdirdi

“Qarabağ” növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir. Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki,  ölkə çempionu bu gün ilk transferini reallaşdırıb. Perspektivli futbolçulardan sayılan gənc müdafiəçi Abbas Hüseynovla ikiillik müqavilə imzalanıb.