"Qarabağ" Muerem Muaremlə yolları ayırır

"Qarabağ" futbol klubu yarımmüdafiəçi Muarem Muaremlə yolları ayırır. Sportline.az xəbər verir ki, ölkə çempionu ona yeni müqavilə təklif etməyib. "Qarabağ"ın makedoniyalı futbolçuya yeni müqavilə təklif etməməsi baş məşqçi Qurban Qurbanovun onu komandada saxlamaq istəməməsini göstərir. Böyük ehtimalla Ağdam klubu bu mövqeyə yeni futbolçu transfer edəcək. Xatırladaq ki, Muarem “Qarabağ”ın son dörd mövsümdəki ölkə çempionluqlarının hamısında pay sahibidir. O, həmçinin 2 dəfə Azərbaycan kubokunu (2014-15, 2015-16) da başı üzərinə qaldırıb.