"Qarabağ" onu da yola saldı
“Qarabağ” daha bir futbolçu ilə yollarını ayırır. SportLine.az xəbər verir ki, “köhlən atlar”ın düşərgəsini tərk edən növbəti oyunçu Çumbinyodur. Uzun müddət zədədən yaxa qurtara bilməyən, sağaldıqdan sonra isə əvvəlki formasını bərpa etməkdə çətinlik çəkən braziliyalının komandaya lazım olmadığı bildirilir.
Xatırladaq ki, 29 yaşlı yarımmüdafiəçi 2014 və 2015-ci illərdə “Qarabağla” çempionluq sevinci yaşayıb.