"Qarabağ" PAOK-u harada qəbul edəcək?
Avroliqanın qrup mərhələsinin “Qarabağ”- PAOK matçı Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək. SportLine.az xəbər verir ki, bunu azerisport.com-a stadionun direktoru Şamil Quliyev deyib: “Meydan yaşıldır. Problem olan yerlərə yeni toxum səpilib. Narahatlığa əsas yoxdur. PAOK-la oyun burada keçiriləcək”.
Xatırladaq ki, sözügedən qarşılaşma oktyabrın 20-də olacaq.