"Qarabağ" sabah MOİK-lə qarşılaşacaq

Avstriyada yeni mövsüm hazırlıqlarını davam etdirən “Qarabağ”ın ikinci yoxlama oyununun vaxtı açıqlanıb. Sportline.az klubun saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu sabah Bolqarıstan MOİK-i ilə qarşılaşacaq. Oyun Kössen qəsəbəsində baş tutacaq. Matç Bakı vaxtı ilə 20:00-da start götürəcək. Xatırladaq ki, “Qarabağ” toplanış çərçivəsində ilk yoxlama matçında Rusiyanın "Axmat" klubuna 0:1 hesabıyla uduzub.