"Qarabağ" və "Neftçi"nin oyunları hansı kanalda, hansı şərhçilərin təqdimatında?

Konfrans Liqasındakı təmsilçilərimiz "Qarabağ"la "Neftçi"nin bu gün səfərdə keçirəcəkləri cavab matçları canlı yayımlamacaq.

Sportline.az xəbər verir ki, "Makkabi" - "Neftçi" görüşü "CBC Sport"la birbaşa göstəriləcək.

Hayfa şəhərindəki “Sammi Ofer” stadionundakı oyunu bu ölkəyə ezam edilən Ramil Cahangirov yerindən şərh edəcək.

Bakı vaxtilə saat 22:45-də start götürəcək "Aberdin" - "Qarabağ" oyunu isə "İdman TV" ilə canlı göstəriləcək. Şotlandiyanın Aberdin şəhərindəki "Pittodri” stadionunda baş tutacaq qarşılaşmanı Nurlan Hacıyevin şərhində izləyəcəyik.