"Qarabağ" Xorvatiya təmsilçisinə qalib gəldi
Türkiyədə təlim-məşq toplanışında olan "Qarabağ" komandası bu gün növbəti yoxlama oyununa çıxıb.
Sportline.az xəbər verir ki, Azərbaycan çempionu Xorvatiya təmsilçisi "Osiyek"ə 3:1 hesabı ilə qalib gəlib.
Komandamızdan qolları 49-cu dəqiqədə Musa Qurbanlı, 57-ci dəqiqədə Aleksey Kaşuk və 90+3-cü dəqiqədə Abbas Hüseynov vurub.
"Qarabağ" bu gün saat 19:00-da Polşanın "Zaqlembe" komandası ilə qarşılaşacaq.
Qeyd edək ki, Qurban Qurbanovun komandası ilk yoxlama matçında Özbəkistan "Neftçi"sini 5:0 hesabı ilə üstələyib.