"Qarabağ" yeni mövsümdə ilkə imza atdı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün ilk böyükhesablı nəticəsi II tura təsadüf edib.

Sportline.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ” öz meydanında “Səbail”ə 3:0 hesabı ilə qalib gəlib.

Bu, ölkə çempionatları tarixində üç və ya daha çox top fərqinin qeydə alındığı 928-ci matçdır. “Qarabağ” 115-ci dəfə qalib gəlibsə, “Səbail” 14-cü dəfə uduzub.

Paytaxt təmsilçisi rəqib meydanlarında 10-cu dəfə böyük hesaba üzülüb.