"Qarabağ" yeni transferilə müqavilə imzaladı

"Qarabağ" milli komandamızın üzvü Bəhlul Mustafazadə ilə 3 illik müqavilə imzalayıb.

Sportline.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb. 24 yaşlı müdafiəçi 13 nömrəli formada çıxış edəcək.

Xatırladaq ki, "Qarabağ" bu yay Kadi Borqes (son klubu - "Vilafranquense", Portuqaliya), Ramil Şeydayev ("Sabah") və Marko Veşoviçi də ("Legiya", Polşa  ) transfer edib.