"Qarabağ"dan növbəti qələbə

Bu gün Topaz Premyer Liqasında 5-ci tura yekun vurulacaq. SportLine.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçiriləcək.

Diqqətlər, əsasən, paytaxta yönələcək. Son çempion "Qarabağ" "Zirə"ni qəbul edəcək.

Avropa Liqasında bərabərliklə kifayətlənən Ağdam təmsilçisi bu dəfə azarkeşlərini qələbə ilə sevindirmək niyyətindədir. "Zirə" isə yarış cədvəlində vəziyyətini yaxşılaşdırmaq üçün qələbəyə ümidlidir.


19 sentyabr 2016
TPL, 5-ci tur

“Qarabağ” – “Zirə” - 2:0
QOLLAR:
Rahid Əmirquliyev, 20 (1:0); Rahid Əmirquliyev, 37 (2:0)

Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Zeynal Zeynalov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Rövşən Əhmədov
“Əlincə Arena”

"Qarabağ": 1. Boyan Şaranov, 2. Qara Qarayev, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 20. Riçard Almeyda 21. Arif Daşdəmirov, 22.Əfran İsmayılov, 25. Ansi Aqolli (k), 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev

Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 5.Maksim Medvedev, 6.Dino Ndlovu, 8. Miçel, 17. Namik Ələsgərov, 18. İlqar Qurbanov, 99. Dani Kintana

Baş məşqçi: Qurban Qurbanov

“Zirə”: 1. Anar Nəzirov, 19. Nurlan Novruzov, 5. Adil Nağıyev, 23. Yovan Krneta, 44. Migel Lorenso, 28. Təmkin Xəlilzadə, 6. Vüqar Mustafayev, 8. Milan Duriç, 10. Elvin Məmmədov (k), 7. Gerhard Proqni, 21. Murad Səttarlı
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 13. Aleksandr Şemonayev, 77. Yamin Ağakərimzadə, 96. Elgün Nəbiyev, 17. Vüsal İsgəndərli, 18. Tural Cəlilov, 99. Yasin Həmid

Baş məşqçi: Adil Şükürov

Таблицы представлены Sofascore LiveScore

Banner