"Qarabağ"a qol vuran hücumçu sıradan çıxdı

"Çelsi” Çempionlar Liqasının V turunda "Qarabağ”la oyun ərəfəsində ciddi itki ilə üzləşib.

Sportline.az xəbər verir ki, "zadəganlar"ın hücumçusu Mişi Batşuayi Belçika millisinin düşərgəsində zədələnib. Noyabrın 10-da Meksika, noyabrın 14-də isə Yaponiya ilə görüşlərə dəvət alan 24 yaşlı futbolçu məşq zamanı xəsarət alıb. Onun hansı müddətdə meydana çıxa bilməyəcəyinə dair məlumat yaxın günlərdə veriləcək.

Qeyd edək ki, Mişi Batşuayi "Çelsi”inin I turda "Qarabağ”ı Londonda 6:0 hesabı ilə məğlub etdiyi matçın 76-cı dəqiqəsində komandasının 5-ci qolunu vurmuşdu.  "Qarabağ"la "Çelsi"nin noyabrın 22-də Bakı Olimpiya Stadionunda görüşəcəyini də xatırladaq.